Ağacı qurd, insanı paxıllıq içindən yeyir…

Leyla Namazova

Paxıllıq insana xas olan cəhətlərdən biridir.Hər insanın içində belə bir hiss yaşayır və o üzə çıxanda mənfi fəsadlar törədir. İlk növbədə onun özü üçün. Paxıllıq insanın daxilindənqaynaqlanan bir həsəd hissidi. İnsanı içindən yeyən və onu çox pis duruma salan hissdir paxıllıq.

Paxıl insan bu pis xasiyyətinə görə əziyyət çəkir, fəqət, ondan qurtulmaq istəmir. Çünki, bu,bir xəstəlikdir. El arasında belə paxıl insanlara”yenə qurdların oynayır” – deyirlər. Yəni, onuniçi kiməsə qarşı alovlanıb yanır. Bu hiss onun özünü uçuruma aparır. Paxıllıq iki cür ola bilər: biri var ağ paxıllıq, yəni yaxşı mənada kiməsə qibtə etmək. O insana bənzəmək istəyirsən, onun uğurlarına, qələbələrinə sevinirsən. Məsələn, kimsə yeni maşın alıb və o maşına baxdıqca insanın könlündən keçir ki, belə bir maşını o da əldə etsin. Bu vaxt insan həmin maşının sahibinə ağ qibtə edir və ürəyində fikirləşir, dua edir ki, nə vaxtsa ona da belə bir maşın qismət olsun. Yaxud da elə ürəyi təmiz insanlar olur ki, hər bir yaxşı işə sevinir, yaxşı mənada paxıllıq edir, pis niyyət güdmədən qibtə edir və hər zaman hamının yaxşı gününü öz günü bilir. İkinci isə tamamilə ağ paxıllığın əksi olur. Paxıl adamlara baxmayaraq, gərək yaşayasan. Amma, hərdən mane olanlar o qədər olur ki, üzülürsən, ruhdan düşürsən, həvəsin olmur iş görməyə. Onlar sənin həvəsini elə bir sözlə, elə bir hərəkətlə öldürə bilərlər ki, bir müddət özünə gələ bilməzsən…

İnsanlar bəzən paxıllıq hissini gizlədə bilmirlər. Paxıl insan çoxdur, o insanlar istəmirlər ki, ondan kömək istəyən adam qabağa getsin. Bu da onun psixologiyasından irəli gəlir, bunu qorxu hissi də adlandırmaq olar. Yəni, kömək istədiyin insan fikirləşir ki, əgər mən bu adama kömək etsəm, sabah o mənim yerimi tuta bilər, məni ötüb keçə bilər, ya da ki məndən çox tanınar. Bu isə onlara sərf etmir. Kömək etməkdən vaz keçir, ya da min cür bəhanə tapıb başından edir. Amma düşünmür ki, onun bu hərəkəti kömək istəyən adama pis təsir edə bilər. Bu qədər qəddar və ya laqeyd olmaq yəqin ki onların qanındadı. Hərdən də elə olur ki, paxıl insanlar lağ etməkdən də çəkinmirlər. Yəni bu bəs deyilmiş kimi lağ etməyi də özlərinə rəva bilib, bu hərəkəti istifadə edirlər, adamı alçaldıb istehzalı sözlər deyib ona gülürlər. Bu cür hadisələr çox olur. Amma belə hadisələrdən, belə insanlardan qurtulmaq üçüngərək o insanlar tamamilə dəyişsinlər, tambaşqa cür olsunlar, paxıl olmaq onları göylərə aparmayacaq, əksinə, onlar bir balaca anlayışlı olsalar, bir balaca mülayim, sadə, səmimi və mehriban ola bilsələr nə gədər ürəkaçan olar.

Paxıllıq-Ölümdür!… Bu da ilk növbədə paxıl insanı öldürür!. Belə adamlar olduqca çoxdu, yaşam olduqca, həyat davam etdikcə onlar daolacaqlar. Sadəcə, bunlardan yan keçmək üçüngərək səbr kasan daşmasın, iradən çox güclüolsun və hər bir xırda şeyə görə əsəblərini pozmayasan. Çünki paxıl insanlar pislik etməkdən və adamın əsəbləri ilə oynamaqdan həzz alırlar. Onların tək məqsədi odur ki, kiməsə pislik edib ürəklərini soyutsunlar. Onlar insanın yaxşı gününə paxıllıq edib, pis gününə sevinirlər. Yaxşıllıq etmək Əlidən (ə.s) qalıb. Əgər onlar yaxşılıq əvəzinə pislik etməyə üstünlük verirlərsə, onların beyinləri ancaq pislik barədə düşünürsə, deməli, bədbəxt, yazıq və aciz insanlardırlar. Onlar anlamırlar ki, əslində, ən böyük pisliyi özlərinə edirlər. Nahaq deməyiblər ki, ağacı qurd, insanı isə paxıllıq içindən yeyir… Bizimyol.info

  DİGƏR XƏBƏRLƏR