Binə qəsəbəsində avtobusla qatarın toqquşması ilə bağlı yeni VİDEO

Sentyabrın 1-də Binə qəsəbəsində avtobusla qatarın toqquşmasından sonra sosial şəbəkələrdə belə məlumat yayılmışdı ki, yol kəsişməsində şlaqbaum olmayıb.

Dövlət Dəmiryol İdarəsinin mətbuat xidməti isə bildirirddi ki, həmin yerdə şlaqbaum mövcud olub və qapadılıb.

Qəzanın baş verdiyi anları əks etdirən videogörüntülər yayıldıqdan sonra da bu mübahisə davam etdi, bəzi saytlarda, o cümlədən, facebook-da yazılırdı ki, həmin ərazidə şlaqbaum ümumiyyətlə, mövcud olmayıb.

Musavat.com-un əldə etdiyi və hadisənin baş verdiyi anları əks etdirən yeni videogörüntülərdə fərqli situasiyanın olduğu ortaya çıxır.

“Qafqaz Xəbər” qəzeti həmin videogörüntüləri diqqətinizə çatdırır:

  DİGƏR XƏBƏRLƏR