Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Göygöl rayonunda gənc xanım naməlum şəraitdə itkin düşüb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Nərimanova Nüşabə Faiq qızı oktyabrın 18-də gecə saat 22:18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR