İndoneziyada qəzaya uğrayan təyyarənin göyərtəsində 188 nəfər olub (FOTO) (YENİLƏNİB-2)

İndoneziyanın Yava adasının yaxınlığında suda batan “Lion Air” aviaşirtkəinin təyyarəsinin göyərtəsində ən azı 188 nəfər olub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bunu yerli hakimiyyət nümayəndələrinə istinadən “Reuters” agentliyi bildirib.

Ölkənin xilasetmə xidmətinin nümayəndəsi, öz növbəsində, bildirib ki, “JT610” aviareysini yerinə yetirən təyyarə havaya qalxdıqdan 13 dəqiqə sonra əlaqəni itirib.

X X X

07:46

İndoneziyanın xilasedici xidmətlərinin məlumatına görə, Cakarta limanından çıxan yedəkdə sərnişin təyyarəsinin dənizə düşdüyünü görüblər.

Trend-in “The Straits Times” qəzetinə istinadən verdiyi məlumata əsasən, Cakartadan Pankalpinanqa uçan təyyarənin göyərtəsində 178 nəfər olub.

“Lion Air” aviaşirkətinin rəhbəri Edvard Sirait vəziyyəti şərh etməkdən imtına edib. “Hal-hazırda şərh verə bimərik. Biz bütün məlumatı toplamağa çalışırıq”, – deyə Sirait bildirib.

Х Х Х

06:45

“Lion Air” aviaşirkətinin “Boeing 737” təyyarəsi Cakarta aeroportundan havaya qalxandan sonra qəzaya uğrayıb.

Trend-in “Reuters” agentliyinə istinadən verdiyi məlumata əsasən, sərnişin təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib.

Təyyarə Cakartadan Pankalpinanq şəhərinə aviareysi (JT-610) yerinə yetirirdi.


  DİGƏR XƏBƏRLƏR