“Maykl” 13 nəfəri öldürdü

Mərkəzi Amerika ölkələrində tüğyan edən “Maykl” qasırğası nəticəsində azı 13 nəfər həlak olub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, qasırğa Salvador, Nikaraqua və Hondurasda fəsadları törədib.

Qasırğa həmçinin güclü daşqınlara səbəb olub. Qeyd olunur ki, qurbanlardan 6 nəfəri Hondurasda, 4 nəfəri Nikaraquada, 3 nəfəri isə Salvadorda həlak olub.

Hazırda “Maykl” qasırğasının Kubaya çatdığı və ABŞ-ın Florida ştatına doğru hərəkət etdiyi deyilir.

  DİGƏR XƏBƏRLƏR