Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışı olub.

“Qafqaz Xəbər” qəzeti AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.




  DİGƏR XƏBƏRLƏR