Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev oktyabrın 11-də “Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

“Qafqaz Xəbər” qəzeti AZƏRTAC-a istinadən xəbər verir ki, 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

  DİGƏR XƏBƏRLƏR