Sumqayıtda yanğın, sakinlər təxliyə edildi

Sumqayıtda yanğın hadisəsi baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb.

Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  DİGƏR XƏBƏRLƏR