Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi

Tovuz rayonunda gənc qız dərmandan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynova Gülnar Şahin qızı yüksək dozalı dərman qəbul edib.

Nəticədə G.Hüseynova zəhərlənmə ilə huşsuz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

G.Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

  DİGƏR XƏBƏRLƏR