14 yaşlı futbolçunu 650 min manata transfer etdilər

“Mançester Siti” İngiltərənin aşağı liqa təmsilçisi “Milvall”dan 14 yaşlı Darko Qyabini transfer edib.
“Şəhərlilər” azyaşlı futbolçunun transferinə 300 min funt-sterlinq (652 min manat) xərcləyib. Darkonun performansından aslı olaraq bu məbləğ 1 milyon funt-sterlinqə (2 milyon 174 min manat) yüksələ bilər.
“The Sun”un məlumatına görə, gənc futbolçu “Mançester Yunayted”in fransız ulduzu Paul Poqba ilə müqayisə olunur və Dortmund “Borussiya”sında çıxış edən İngiltərə millisinin 18 yaşlı üzvü Cadon Sançonu xatırladır.
Fanat.Az

  DİGƏR XƏBƏRLƏR