67 min manat dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilb və məhkəmənin baxış iclası dekabrın 4-nə təyin edilib.

İttihama görə, S.Qocayev Bakı şəhər sakini Rəhman Abdurəhmanova xaricdən elektron mallar gətirmək vədi verib və bu məqsədlə o R.Abdurəhmanovdan 67 min manat pul alaraq mənimsəyib. Zərərçəkənin şikayəti əsasında saxlanılan Səbuhi Qocayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

  DİGƏR XƏBƏRLƏR