Amaliya Pənahovanın son tamaşası (FOTO)

Oktyabrın 24-də Xalq artisti Amaliya Pənahovanın son tamaşası olub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, həmin gün Bakı Bələdiyyə Teatrında A.Pənahovanın bədii rəhbəri olduğu “Nargin faciəsi” göstərilib.

“Nargin faciəsi” tamaşası 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.

Tamaşanın bədii rəhbəri Xalq artisti Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa ediblər.

Qeyd edək ki, aktrisa ötən gecə 73 yaşında dünyasını dəyişib.


  DİGƏR XƏBƏRLƏR