AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda şərqşünaslıq elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Əlibəyov İnqilab Vəlibəy oğlu

“Tərəqqi” medalı ilə

Abıyev Aydın Müstəcəb oğlu
Cəfərov Vilayət Abbasqulu oğlu
Həsənova Esmeralda Yusub qızı

trend

  DİGƏR XƏBƏRLƏR