AMEA və DSX müxtəlif növ silahların hazırlanması üzrə əməkdaşlıq edəcəklər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlıq həyata keçiriləcəklər.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu məsələ AMEA ilə DSX arasında Niyyət Sazişində öz əksini tapıb.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizə­si­nin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhə­miyyət kəsb etməsini vurğulayıb və birgə fəaliyyətin uğurlu da­vamı sayəsində qarşıya qoyulan məqsədlərin gerçəkləşəcəyinə əminliklərini ifadə ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün DSX tərəfindən elmi-texniki tərəqqinin nailiyyətlərinin xidməti-döyüş fəaliyyətində geniş istifadə edilməsinə, xidmətin təşkilində innovativ məh­sul­ların, yüksək texnologiyaların və kreativ həllərin tətbiqinə ciddi əhəmiy­yət verilir.

  DİGƏR XƏBƏRLƏR