Avropa İttifaqı Azərbaycanda 10 il ərzində 50-yə yaxın tvinninq layihəsi həyata keçirib

Avropa İttifaqı Azərbaycanda 10 il ərzində 50-yə yaxın tvinninq layihəsi həyata keçirib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülviyyə Abdullayeva bildirib.

Bəzi dövlət qurumlarının tvinninq layihəsinin icrasına daha çox maraq göstərdiklərini deyən Ü.Abdullayeva əlavə edib ki, ən böyük tvinninq layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra edilir. Hazırda da davam edən bu layihənin dəyəri 1.400.000 avrodur.

Ü.Abdullayeva Aİ tərəfindən daim tvinninq layihələrinin monitorinqinin aparıldığını da söyləyib.

Avropa İttifaqının Rezident tvinninq müşaviri Zinaida Qorina qeyd edib ki, “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin Gücləndirilməsi” tvinninq layihəsinin dəyəri 1.200.000 avrodur.

1 iyul 2017-ci ildə başlamış bu layihənin 24 ay davam etməsi nəzərdə tutulub.

  DİGƏR XƏBƏRLƏR