Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan tərəfi ilə heç bir rabitə yoxdur

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasını şərh edib.

Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil:

“Düşənbədə əldə olunmuş razılığa əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”.

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

  DİGƏR XƏBƏRLƏR