Bakıda tramadol satışına görə həbs edilən sabiq nazirin qohumu Ali Məhkəməyə müraciət edib

Bakıda güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov yenidən məhkəməyə müraciət edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbərinə görə, məhkəmə qərarından narazı qalan məhkum kassasiya şikayəti verib.

Ali Məhkəmədə şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə iclasının vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, N.Qasımov və işçiləri Xatirə İmaməliyeva ilə Aidə Cəfərova Bakıda tramadol satışına görə həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən qadınlara isə şərti cəza verib. Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Məlumata görə, N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.

  DİGƏR XƏBƏRLƏR