Binəqədidə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Biləcəri qəsəbə sakini vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 5-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Arif Namazov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Biləcəri qəsəbə sakini Abiddin Bağırovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR