Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına töhfələri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir – Nazir

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələr və həyata keçirdiyi layihələr olduqca böyük əhəmiyyət kəsb edir.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsi olduqca böyük hadisədir:

“Biz hamımız çox gözəl hadisəni müşahidə etdik. Ötən gün Ağdamda Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə böyük bir mədəniyyət mərkəzinin – Muğam Mərkəzinin açılışı oldu. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə bu məsələ öz həllini tapdı. Muğam Mərkəzi demək olar ki, muğamın beşiyində fəaliyyət göstərəcək”.

Ə.Qarayev qeyd edib ki, ümumiyyətlə, Mehriban Əliyevanın gördüyü bu işlər, o cümlədən muğama göstərdiyi diqqət bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

  DİGƏR XƏBƏRLƏR