Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun digər oyunları keçiriləcək.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq.

Günün maraqla gözlənilən matçı İtaliyada olacaq.  “Yuventus” İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək. Turin təmsilçisi III turda rəqibini səfərdə məğlub edib – 1:0. “Yuventus” bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə növbəti mərhələni təmin edəcək.

Turnirin son qalibi İspaniyanın “Real Madrid” komandası isə səfərdə Çexiyanın “Viktoriya” (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Madrid klubu evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələyib.

7 noyabr

Çempionlar Liqası, IV tur

E qrupu

00:00. “Bavariya” (Almaniya) – AEK (Afina, Yunanıstan)

00:00. “Benfika” (Portuqaliya) – “Ayaks”(Hollandiya)

Xal durumu: “Ayaks” – 7, “Bavariya” -7, “Benfika” – 3, AEK – 0.

F qrupu

00:00. “Lion” (Fransa) – “Hoffenhaym” (Almaniya)

00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)

Xal durumu: “Mançester Siti” – 6, “Lion” – 5, “Şaxtyor” – 2, “Hoffenhaym” – 2

G qrupu

00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Real Madrid” (İspaniya)

21:55. MOİK (Moskva, Rusiya) – “Roma” (İtaliya)

Xal durumu: “Roma” – 6, “Real Madrid” – 6, MOİK – 4, “Viktoriya” – 1.

H qrupu

21:55. “Valensiya” (İspaniya) – “Yanq Boyz” (İsveçrə)

00:00. “Yuventus” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

Xal durumu: “Yuventus” – 9, “Mançester Yunayted” – 4, “Valensiya” – 2, “Yanq Boyz” – 1.

  DİGƏR XƏBƏRLƏR