Ebeko vulkanı 5 kilometr hündürlüyə tüstü püskürüb

Kuril adalarında şimalında yerləşən Ebeko vulkanı 5 kilometr hündürlüyə tüstü püskürüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, yerli əhali üçün təhlükə yoxdur.

Qeyd olunur ki, tüstü vulkanın 2017-ci ildə formalaşan yeni ağzından püskürülüb.

Bildirilir ki, külün yerə tökülməsi müşahidə olunmur, hidrogen sulfidi qoxusu hiss olunmur.

  DİGƏR XƏBƏRLƏR