Ermənistanda hərbçiləri daşıyan maşın qəzaya uğradı – 4 ölü

Ermənistan Müdafiə Nazirliyinə məxsus yük avtomobilinin qəzaya uğraması nəticəsində 4 erməni əsgəri həlak olub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, qəza Qoris rayonunda baş verib.

Həlak olanların dördü də 1988-ci il təvəllüdlü əsgərlər olub.

Bundan başqa, qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. Onların xəstəxanalara yerləşdirildiyi deyilir.

  DİGƏR XƏBƏRLƏR