Fövqəladə hallar naziri İmişlidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 30-da saat 11.00-da İmişli şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyindən  AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız İmişli, Sabirabad, Saatlı, Hacıqabul rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında noyabrın 29-da saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

  DİGƏR XƏBƏRLƏR