Futbolçuları aparan avtobus aşdı – Ölənlər və yaralananlar var

Peruda gənclərdən ibarət futbol komandasını aparan avtobus qəzaya uğrayıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus uçuruma düşüb.

Məlumata görə, nəticədə 7 yeniyetmə futbolçu ölüb, daha 11-i yaralanıb.

Ölənlərin yaxınları meyitləri tanıdıqdan sonra təhvil alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. 2 nəfər artıq evə buraxılıb.

Perunun Futbol Federasiyası hadisə ilə bağlı ölənlərin ailələrinə başsağlığı verib.

  DİGƏR XƏBƏRLƏR