Kolumbiyada aeroportda zəhərli qurbağalar tapıldı, sən demə…

Kolumbiya aeroportunda yüzlərlə nadir cinsli zəhərli qurbağanın ölkədən çıxarılmasının qarşısı alınıb. Trend-in məlumatına görə, polis qaçaqmalçıların qurbağaları Avropaya keçirməyə cəhd etdiklərini bildirib.

Saxlanılan qurbağaların sayının 216, ümumi dəyərinin isə qara bazarda təxminən 382 min dollar olduğu qeyd edilir.

Polis qutularda gizlədilmiş qurbağaların ayaqyoluna atıldığını deyib. İlkin ehtimal olaraq onların Almaniyaya keçiriləcəyi bildirilib.

  DİGƏR XƏBƏRLƏR