Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü

Astara rayonunun Pensər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində Astara şəhər sakini Nahid Əbilov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən Maşxan kənd sakini Rafiq Teymurovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR