Rusiyada körpü uçdu – 8 yaralı

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində təmiri davam edən körpü uçub.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hadisə zamanı körpüdən iri yük maşını və qaldırıcı kran da aşıb.

Hadisənin səbəbləri araşdırılır.

  DİGƏR XƏBƏRLƏR