Şəhər məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxslər təyin ediləcək

Rayon məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxs təyin etmək çətindir.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, rayonlarda buna məsul şəxs ayırmaq problemdir: “Çünki elə rayon var ki, orda cəmi 1 hakim var, həmin hakimin də məhkəmə işləri çox olduğundan mətbuata açıqlama verməsi çətindir. Biz, əsasən bu prosesi Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə tətbiq etmək istəyirik. Biz istəyirik ki, hər məhkəmədə mətbuat üçün məsul 1 nəfər ayrılsın və onun əlaqə vasitələri Ali Məhkəmənin və digər məhkəmələrin saytında yerləşdirilsin. Bununla da jurnalistin məhkəmələrdən informasiya almaq şəraiti yaxşılaşdırılsın”.

  DİGƏR XƏBƏRLƏR