Şəhid hərbi qulluqçuların 146 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı sənədlər Maliyyə Nazirliyinə göndərilib

“Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid olmuş hərbi qulluqçuların vərəsələri tərəfindən təqdim edilən 300-dən çox sənəd daxil olub”.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İdris İsayev deyib.

O bildirib ki, vərəsələr əvvəlcə notariat orqanlarına müraciət edirlər: “Sonra notariuslarda olan informasiya Nazirliyin informasiya resursuna daxil olur. Noyabr ayının 2-dək Nazirliyə daxil olan 300-dən çox sənədə baxılıb və 114 şəhid hərbi qulluqçunun 146 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Maliyyə Nazirliyinə təqdimat verilib”.

  DİGƏR XƏBƏRLƏR