Sabah paytaxtın 3 rayonunda su olmayacaq

Sabah Bakının 3 rayonunda içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, məhdudiyyətə səbəb magistral kəmərlərdə aparılan yenidənqurma işləridir.

Belə ki, Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) gün ərzində içməli suyun verilişində fasilələr yaranacaq.

  DİGƏR XƏBƏRLƏR