Türkiyədə təlim təyyarəsi qəzaya uğradı – Kursantların taleyi məlum deyil

Türkiyənin Dənizli vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, təyyarənin qəzaya uğradığı dəqiq yeri hələ tapmaq mümkün olmayıb.

Qəza anında təyyarədə iki kursantın olduğu bildirilir.

Qəzanın başvermə səbəbləri və başqa detallar hələ məlum deyil.

Qeyd edək ki, oktyabrın 30-da Antalyada daha bir təlim təyyarəsi qəzaya uğramışdı, hadisə zamanı pilot həlak olmuşdu.

  DİGƏR XƏBƏRLƏR