Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyənin Kütahya şəhərində minik avtomobili qəzaya uğrayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları xəsarət alanları xəstəxanalara çatdırıblar.

Məlumata əsasən, qəza avtomobil döngəyə girən zaman sürücü idarəetməni itirməsi səbəbindən baş verib.

  DİGƏR XƏBƏRLƏR