“Yaponiya ilə ticarətdən məmnun deyiləm” – Tramp

ABŞ prezidenti Donald Tramp ölkədə baş tutan  aralıq seçkilərini dəyərləndirmək üçün mətbuat konfransı keçirib.

Azadinform xəbər verir ki, ölkə başçısı insanların onu sevdiyini və gördüyü işləri bəyəndiyini bildirib: “Dünən böyük və möhtəşəm bir gün idi. Respublikaçılar Partiyası tarixə meydan oxuyaraq Senatda çoxluğunu qorudu. Respublikaçılar Təmsilçilər Məclisində də gözləntilərin üzərində müvəffəqiyyət əldə edib. Bu müvəffəqiyyət Demokratların seçki kampaniyalarına külli miqdarda pul yatırmasına baxmayaraq əldə edilib”.

Rusiya və Çinin seçkilərə müdaxilə edib-etməməsi barədə verilən suala Tramp mövzu ilə bağlı hesabat yayımlayacaqlarını bildirib.

Donald Tramp Uzaq Şərq ölkələri ilə münasibətlərə toxunaraq vurğulayıb ki, Yaponiya ilə olan ticarətdən məmnun deyiləm: “Şimali Koreya ilə görüşlər üçün tələsmirik. Bu ölkəyə yönələn sanksiyaları ləğv edə bilərik. Bundan öncə nə isə əldə etməliyik. Çinə tətbiq edilən əlavə gömrük vergisindən büdcəyə milyardlarla dollar daxil olub. Çinlə razılaşmağa çalışacağıq”.

  DİGƏR XƏBƏRLƏR