Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı, feldmarşal  Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.

  DİGƏR XƏBƏRLƏR