Ankarada sürət qatarı qəzaya uğrayıb – Ölənlər və yaralananlar var (FOTO) (YENİLƏNİB)

Türkiyənin paytaxtı Ankarada sürət qatarının qəzaya uğraması nəticəsində çox sayda yaralı var.

Trend-in məlumatına görə, 6 nəfərə yaxın ölü sayı bildirilib, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

X X X

08:49

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.

Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

 



  DİGƏR XƏBƏRLƏR