Atəşkəs 25 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, İşğal altında olan Ağdam rayonunun Nəmirli, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

  DİGƏR XƏBƏRLƏR