Azərbaycanlı həkimin yanına sünnət üçün gətirilən oğlan qız çıxdı

Azərbaycanlı həkim nadir hallarda rast gəlinən patalogiya ilə qarşılaşıb.

“Qafqaz Xəbər” qəzeti a24.az-a istinadən xəbər verir ki, tanınmış uşaq cərrahının yanına sünnət etdirilmək üçün gətirilən uşaqda anti-müllerian hormon çatışmazlığı nəticəsində yaranan problem aşkarlayıb.

Həkimin məlumatına görə, ana bətnində yaranan hər bir insan başlıqda qadın kimi yaranır. Əgər döl oğlandırsa, hormonların təsiri ilə oğlana dönür. Anti-müllerian hormon əskik olarsa, döl erkək cinsinə çevrilməkdə çətinlik çəkir.

Körpənin patologiyası aralıq forma hipospadias adlanır.

  DİGƏR XƏBƏRLƏR