Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı, polisə təhvil verdi

Bakı sakini həyətdən ağ civə və qumbara tapıb.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 6-da Bakı şəhər sakini B.Əliyev Binəqədi rayonu ərazisində bağban işlədiyi həyətdə qazıntı işləri apararkən orada torpağa basdırılmış sellofan paketin içərisində 1 ədəd alışqansız “F-1” qumbarası və şüşə qabın içində çəkisi 1 kiloqram 100 qram olan ağ civə taparaq 5-ci Polis Bölməsinə təhvil verib.

  DİGƏR XƏBƏRLƏR