Bakıda binanın eyvanı uçdu – VİDEO

Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 15 ünvanında yerləşən 1931-ci ildə tikilmiş binanın eyvanı intensiv yağışlar zamanı ağırlığa dözməyərək uçub.

Modern.az xəbər verir ki, bina artıq yaşamaq üçün təhlükə mənbəyinə çevrilib.

“Baku TV”nin məlumatına görə, sakinlər təmirlə bağlı dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmadığını bildiriblər.

Hadisə baş verən yerə gələn Nərimanov rayon təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev qəzalı vəziyyətə düşən yerlərin təmir olunacağını bildirib, binanın sökülərək yenidən tikilməsinin hələlik nəzərdə tutulmadığını qeyd edib.

  DİGƏR XƏBƏRLƏR