Bakıda narkotik qəbul edən şəxs arvadını 5-ci mərtəbədən atdı

Bakıda kişi həyat yoldaşını öldürüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin balkonundan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

  DİGƏR XƏBƏRLƏR