Biləcəridə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 5-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Nüslət Abdullayev idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən həmyerlisi Əzizağa Kərimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR