Bolqarıstan çempionatında meydanın mərkəzindən qol vurulub

Bolqarıstanın “Botev” komandasının futbolçusu Todor Nedelev meydanın mərkəzindən qol vurub.

“Report” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ölkə çempionatının XVIII turunda “Lokomotiv”lə səfər matçının 67-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, görüş “Botev”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

  DİGƏR XƏBƏRLƏR