Dekabrın 6-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 6 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, dekabrın 6-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9291 manat təşkil edir.

1 türk lirəsi 0,3166 manat, 1 rus rublu 0,0256 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6361 manatdır.

  DİGƏR XƏBƏRLƏR