DİQQƏT: Bu cür dərmanları almayın! – VİDEO

ABŞ-da qadın “ölü” hesab etdiyi qızına onilliklər sonra qovuşub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Floridada baş verib.

Ştatın 88 yaşlı sakini Jenevyeva Purinton ölmüş zənn etdiyi qızını 69 il sonra tapıb. Məlumata görə, 69 il əvvəl həkimlər hansısa səbəbdən ana olan qadına körpəsinin öldü doğulduğunu bildiriblər. Bu səbəbdən uşaq başqa ailəyə verilib. Lakin o, böyüyüb və həmişə öz anasını tapmağı arzu edib. DNT testi və müasir texnologiya artıq böyümüş qadına öz arzusunu həyata keçirməyə – yenidən anasına qovuşmağa kömək edib.

Ana və övladı görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.

  DİGƏR XƏBƏRLƏR