Fransada 700-dən artıq məktəbli etiraz aksiyası zamanı saxlanılıb

Fransada orta təhsil sistemində aparılan islahatlara qarşı keçirilən 4-cü etiraz aksiyası zamanı 700-dən artıq məktəbli saxlanılıb.

Trend-in məlumatına görə, etiraz aksiyaları səbəbindən 280 təhsil müəssisəsinin işində problemlər yaranıb, onlardan 45-i isə bağlanıb.

“BFM” telekanalının məlumatına əsasən, Fransada hər gün azı 200 məktəb və liseydə etiraz aksiyaları keçirilir. Bir neçə lisey önündə etirazçılar avtomobilləri yandırıblar.

Məktəblilərin təhlükəsizliyinin bərpa edilməsi məqsədilə bir neçə etiraz aksiyasında etirazçıların valideyinləri də iştirak edir.

  DİGƏR XƏBƏRLƏR