Fransalı futbolçu Mbappe 2018-ci ilin ən yaxşı gənc oyunçusu seçilib

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun oyunçusu Kilian Mbappe “France Football” jurnalının versiyası ilə 2018-ci ilin ən yaxşı gənc futbolçusu seçilib (21 yaşa qədər).

Trend-in məlumatına görə, mükafatın təqdimat mərasimi Parisdə keçirilib.

Bildirilir ki, bu mükafat jurnal tərəfindən ilk dəfə verilib. Mükafat “Real Madrid”in sabiq yarımmüdafiəçisi və ilk “Qızıl top” mükafatını alan (1958 il) fransalı futbolçu Raymon Kopanın şərəfinə adlandırılıb.

  DİGƏR XƏBƏRLƏR