Girov qoyulmuş əşyanın satışından artıq qalan pul 10 gün ərzində girov qoyana qaytarılacaq

Azərbaycanda girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi qaydası təkmilləşdirilib.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bununla bağlı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Yeni təkliflərə əsasən, girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğ girov qoyulmuş əşyanın saxlanmasına, onun satılmasına çəkilmiş xərclərə, girov saxlayanın tələblərinin ödənilməsinə sərf edilir.

Bu ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi 10 iş günü müddətində girov qoyana qaytarılır.

Əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyilsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir.

  DİGƏR XƏBƏRLƏR