İndoneziyada 5,8 bal zəlzələ olub

İndoneziyada güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində 5,8 bal gücündə qeydə alındığını bildirib.

Gecə saatlarında baş vermiş zəlzələnin dərinliyi 55, 6 kilometr olub.

İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.

  DİGƏR XƏBƏRLƏR