İspaniya komandasına 35 yaşlı baş məşqçi təyin olunub

İspaniya La Liqasında çıxış edən “Atletik” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

“Report” Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Arits Solabarrietaya həvalə olunub. 35 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə istefaya göndərilmiş Qaiska Qaritanonu əvəzləyib.

“Atletik” La Liqada geridə qalan 14 turdan sonra 11 xal toplayıb və düşmə zonasında – 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Arits Solabarrieta bunadək “Atletik”in gənclərdən ibarət komandasına rəhbərlik edib.

  DİGƏR XƏBƏRLƏR