İt qar altında qalmış uşağı xilas etdi

Fransanın Savoya rayonunda yerləşən dağ-xizək kurortunda bir saata yaxın qar uçqunu altında qalmış 12 yaşlı uşaq möcüzəvi şəkildə xilas olunub.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Bir saata yaxın qar uçqunu altında qalmış uşaq Jetro adlı it və bələdçi serjant Rafael S. tərəfindən xilas edilib. Onların gördüyü iş, həqiqətən, alqışa layiqdir. Çünki 15 dəqiqədən çox qar altında qalmış canlı insanı tapmaq əsl möcüzədir”, – deyə jandarmeriyanın “Twitter” hesabında deyilir.

  DİGƏR XƏBƏRLƏR